AZ

Sumqayıt bulvarında baş verən ağır qəzada XƏSARƏT ALANLARIN sayı məlum oldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

Oxu.Az xəbər verir ki, hadisə zamanı avtomobillərdən biri yanıb. İki nəfərin xəsarət aldığı bildirilir.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.

Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi Sumqayıt şəhəri Bulvar küçəsində yanvarın 12-də, saat 23:38-də qeydə alınıb.

"1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi KIA markalı, 77-FG-202 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi "Toyota Prius" markalı, 77-NG-804 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə yoldan çıxan "Toyota Prius" markalı avtomobil yanıb. Hadisə zamanı Ş.Səmədov və Ə.Alcanlı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
oxu.az

1Mənbələr