AZ

Ötən il 428 min sudanlı qaçqın Misirdən vətənə qayıdıb

Yazını böyüt
Yazını kiçilt

Sudanın Misirin cənubundakı baş konsulu Əbdül Kadir Abdullah dünən 2025-ci ilin sonuna qədər 428 mindən çox sudanlının Misirdən könüllü qayıddığını açıqlayıb.

Hafta.az yazır ki, Abdullah vətəndaşların Sudana qayıtmasının üçüncü mərhələsinin tezliklə başlaması üçün lazımi prosedur və hazırlıqların davam etdiyini deyib.

O, Xartum əyalətinin 80 faizində tibbi xidmətlərin yaxşı təmin olunduğunu və paytaxtdakı universitetlərin, institut və məktəblərin çox sayda tələbə qəbul etdiyini qeyd edib.

Dünən Misir xarici işlər naziri Bədr Əbdüləti və sudanlı həmkarı Muhiddin Salim Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında görüşləri zamanı Sudanın birliyinə və ərazi bütövlüyünə, suverenliyinin və milli institutlarının qorunmasına sarsılmaz dəstəklərini vurğulayıblar. Görüşdə Sudandakı hadisələr, ikitərəfli əməkdaşlığın gücləndirilməsi yolları və ortaq maraq doğuran regional məsələlər üzrə koordinasiya müzakirə edilib. Misirli nazir "iki qardaş ölkə arasında dərin qardaşlıq və tarixi münasibətləri, eləcə də Misir dövlətinin bu həssas dövrdə Sudanı dəstəkləmək öhdəliyini" təsdiqləyb. O, həmçinin "hərtərəfli atəşkəslə nəticələnəcək humanitar atəşkəsə nail olmaq üçün regional və beynəlxalq səviyyələrdə birgə səylərə ehtiyac olduğunu" vurğulayıb. Əbdüləti əlavə olaraq "təhlükəsiz sığınacaqların təmin edilməsinin və humanitar yardıma maneəsiz çıxışın təmin edilməsinin vacibliyini" vurğulayıb, Əl-Fəşir və Şimali Kordofanda mülki şəxslərə qarşı törədilən ağır qanun pozuntularını qınayıb.

Seçilən
58
hafta.az

1Mənbələr