Mövsümün ikinci yarısına hazırlıqlarını BƏƏ-nin Əbu-Dabi şəhərində davam etdirən "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu gün Misir təmsilçisi "Piramids"lə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyun "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq.
Qeyd edək ki, "Neftçi" ilk hazırlıq matçında "Kayrat"ı (Qazaxıstan) 3:0 hesabı ilə məğlub edib.