ABŞ prezidenti Donald Tramp rejimin etirazçıları öldürməsinə görə cəza olaraq İrana zərbələr endirməyə meyllidir, lakin bu, onun son qərarı deyil və digər variantlar da nəzərdən keçirilir.
"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, Ağ Evdəki mənbəyə görə, Tramp etirazçılar öldürüləcəyi təqdirdə İran rejiminə zərbə endirəcəyi ilə hədələsə də, Amerika bombalarının Tehrandakı vəziyyəti dəyişdirə biləcəyi hələ də aydın deyil.
Trampın çərşənbə axşamı milli təhlükəsizlik qrupu ilə görüşdə bu variantları müzakirə edəcəyi gözlənilir.
Telegram kanalımız