AZ

“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama

Sosial şəbəkələrdə bir məcburi köçkün vətəndaş tərəfindən paylaşılan videoda “Kristal” şirkətinin məhkəmə yolu ilə onların yaşadığı evi əlindən aldığı və ailəni ərazidən çıxarmaq istədiyi iddia olunur. Vətəndaş paylaşımında ona təqdim olunan şərtlərlə razılaşmadığını bildirib.

Məsələ ilə bağlı “Kristal” rəsmi açıqlama yayaraq yayılan məlumatların reallığı tam əks etdirmədiyini qeyd edib.

Açıqlamada bildirilir ki, sözügedən ərazidə hazırda 5 ailə yaşayır və onlarla dəfələrlə görüşlər keçirilib. Şirkət tərəfindən yaşayışa yararlı tikililərə görə sahəsi 20% artıq hesablanmaqla mənzillər təklif olunub.

Vurğulanıb ki, istifadəyə yararsız, köməkçi və təsərrüfat tipli tikililərə görə də mənzil tələbi irəli sürüldüyündən razılaşma əldə edilməyib və 2024-cü ilin avqust ayında məsələ məhkəməyə çıxarılıb.

“Kristal” indiyədək həmin ərazidə yüzlərlə ailəni təmirli mənzillərlə təmin etdiyini, köməkçi tikililərin isə qiymətləndirilərək müvafiq vəsait ödənildiyini bildirib. Şirkət əlavə edib ki, videolarda çaşqınlıq yaratmaq məqsədilə istifadəyə yararsız tikililərin arxa divar hissələri nümayiş etdirilir və proses hazırda hüquqi müstəvidə davam edi

Kristal şirkəti açıqlaması Kristal məhkəmə iddiası məcburi köçkün ev məsələsi Kristal yaşayış layihəsi məcburi köçkünlərin köçürülməsi Kristal rəsmi mövqeyi sosial şəbəkədə yayılan video əmlak mübahisəsi Azərbaycan məhkəmə yolu ilə köçürülmə Kristal mənzil təklifi yaşayışa yararlı tikililər köməkçi tikililərin qiymətləndirilməsi təmirli mənzillərlə təminat əmlak mübahisəsi 2024 Kristal tikinti şirkəti hüquqi müstəvidə proses məcburi köçkün problemləri şəhərsalma və köçürülmə tikinti şirkəti açıqlaması
Seçilən
24
1
marja.az

2Mənbələr