AZ

"Google" və "Apple" yeni nəsil süni intellekt üzərində əməkdaşlıq edəcəklər

Müəllif:Mehin Qasımova,Banco.az

"Google" və "Apple" şirkətləri uzunmüddətli əməkdaşlığı elan edən birgə bəyanat yayıblar.

Banco.az xəbər verir ki,  bəyanatda bildirilirdi ki, bu tərəfdaşlığın bir hissəsi olaraq, Apple-ın növbəti nəsil "Apple Foundation Models"i Google-ın "Gemini" süni intellekt modeli və bulud hesablama infrastrukturu üzərində qurulacaq.

Bu modellərin gələcək "Apple Intelligence" xüsusiyyətlərini, o cümlədən bu ilin sonlarında daha fərdiləşdirilmiş Siri funksiyasını gücləndirəcəyi deyilir.

Bəyanatda qeyd olunur ki, hərtərəfli qiymətləndirmə prosesindən sonra "Apple" şirkəti Google-ın süni intellekt texnologiyasının "Apple Foundation Models" üçün ən səriştəli infrastruktur təklif etdiyinə qərar verib. Bu əməkdaşlığın istifadəçilər üçün innovativ təcrübələrə yol açacağı vurğulanıb.

Bu xəbərdən sonra Google-ın ana şirkəti olan Alphabet-in bazar dəyəri qısa müddətə 4 trilyon dollar həddini keçdi.

Beləliklə, Alphabet, Nvidia, Microsoft və Apple-dan sonra bu bazar kapitallaşmasına çatan dördüncü şirkət oldu.

Seçilən
40
1
banco.az

2Mənbələr