"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Liverpul" İngiltərə Kubokunun üçüncü turunda "Barnsli" komandasını rahatlıqla məğlub edib - 4:1.
Fanat.Az xəbər verir ki, komandasının üçüncü qolunun müəllifi olan alman hücumçu Florian Virts tarixə düşüb.
"Opta"-nın hesablamasından məlum olub ki, Virtts 2001-ci ildən bəri "Liverpul" üçün İngiltərə Kubokunda qol vuran ilk alman futbolçudur.
Həmin ilin fevralında Markus Babbel "Mançester Siti"yə qarşı matçda qol vurub - "qırmızılar" 4:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "Liverpul" İnglltərə Kubokunu səkkiz dəfə qazanıb və sonuncu dəfə bu, 2022-ci ildə - dörd il əvvəl baş verib.