AZ

Qrenlandiya NATO çərçivəsində hərbi müdafiənin gücləndirilməsinin vacibliyini bəyanETDİ

Qrenlandiya hökuməti yanvarın 12-də NATO çərçivəsində ərazinin müdafiə tədbirlərinin gücləndirilməsi niyyətini açıqlayıb və ABŞ Prezidenti Donald Trampın adanın mümkün alınması ilə bağlı ideyalarını rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "DR" məlumat yayıb.

Məlumata görə, Donald Trampın Qrenlandiyanı “almağa” dair dəfələrlə səsləndirdiyi bəyanatlar fonunda adanın hakimiyyəti bu cür niyyətlərin qəbuledilməz olduğunu vurğulayıb.

Qrenlandiya rəsmiləri təhlükəsizliyin təmininin NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməli olduğunu bildiriblər.

Seçilən
30
3
redaktor.az

4Mənbələr