ain.az, Bakivaxti saytına istinadən bildirir.
Fransanın “LeFigaro” qəzetində “Rusiya İrandakı xaos kabusundan narahatdır” başlıqlı məqalə dərc olunub. Bakıvaxtı.az xəbər verir ki, qəzetin analitiki Alen Barlüe tərəfindən qələmə alınan məqalədə bildirilir ki, çoxdan planlaşdırılsa da, bu həftə Cənubi Afrikada Rusiya, Çin və İranın iştirakı ilə keçirilən dəniz təlimləri, "Qlobal Cənub" ölkələrinin, xüsusən də özünü çempion hesab edən Moskva kütləvi etirazlarla üzləşən İslam Respublikasının yanında olduğunu birmənalı şəkildə vurğulayır.
O qeyd edir ki, Rusiyanın nöqteyi-nəzərindən İran şəhərlərini lərzəyə gətirən nümayişlər hiss olunan və başa düşülən bir narahatlıqla izlənilir. Molla rejiminin potensial süqutu, çox güman ki, Moskvanın strateji müttəfiqlik üçbucağını müəyyən edən üç sütundan birinin - qərbdə Belarus, şərqdə Şimali Koreya və cənubda İranın itirilməsinə səbəb olacaq. Ona görə də, bu yüksək strateji qonşuda gərginliyin artması Rusiya hakimiyyəti üçün əsas narahatlıq doğurur. Onlar Tehranla münasibətlərin vacibliyini bir daha vurğulayıb və etirazları qızışdıranları qınayıblar.
Aydın Baxış
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.