AZ

Amil Xəlil danışdı: “Heç vaxt Azərbaycan xanımlarını təhqir etmərəm”

Tanınmış aparıcı Amil Xəlil dekabrın 25-i “Gəl, danış!” proqramında bölgələrdə yaşayan ailələrin övladlarını, xüsusilə qızlarını Bakıdakı universitetlərə göndərməsini tənqid etməsinə görə Audiovizual Şuranın qərarı ilə “Space TV”nin yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımın 3 saatlıq dayandırılması barədə qərara münasibət bildirib.

Aparıcı Pravda.az-a açıqlamasında deyib ki, qərarı normal qarşılayır.
“Tamaşaçılara təşəkkür edirəm. Baxıb, düzgün reaksiya veriblər. Mən heç vaxt Azərbaycan xanımlarını təhqir etmərəm. Bir-iki nəfər çıxışımı kontekstdən çıxardı, verilişin əvvəlinə baxmadılar. 18 yaşlı qız 36 yaşlı kişiyə qoşulub qaçmışdı. Mən də gedib evindən tapıb çıxarmışdım. Gətirdim anasına verdim. Anası zəhmətkeş, əziyyət çəkən bir qadındır. Dedim ki, anan sənin üçün süd-qatıq satır, sən isə universiteti atıb, başqasına qoşulub qaçmısan. Deputat Fazil Mustafa da bu barədə yazdı, bir neçə deputat da. Sağ olsunlar. Yenə də tərəfdarıyam ki, istər qız, istərsə də oğlan olsun, yaxın ərazidə şərait varsa, valideynlər övladlarına nəzarət etməlidirlər. Narkomaniya baş alıb gedir. Mən noyabr-dekabr ayları ərzində 19-22 yaş arasında altı nəfəri reabilitasiya mərkəzlərindən birinə pulsuz yerləşdirmişəm. Dediklərimin hər birinin sübutu var. Həmin Amiləm, yeganə adamam ki, üç ildən çoxdur, “Xoş gəldin” layihəm efirə gedir, üç ildir, “UAZ”larla, atla gedib şənbə-bazarımı dağ kəndlərinə həsr edirəm, yol, su problemlərini işıqlandırıram. Mən də şənbə-bazar hansısa müğənnini çağırıb, efirimdə istədiyim kimi hərəkət edə, qazana da bilərəm. Ağlamaq kimi çıxmasın, 15 ildir, efirdəyəm, yaşayışım göz önündədir. Mən detallardan, sosial şəbəkələrdən uzağam, yenə də problemləri çəkib işıqlandırıram. Bəzi jurnalistlər var ki, verilişlə bağlı irad bildirdilər, hansı indiyə qədər 146 şəhid ailəsini çəkib? Deyim ki, ona halaldır. Mən 5 ilə yaxındır, hər ay bir film təqdim edirəm. “Yuxuda gələn şəhadət” filmimin bəzi bölümləri bloka düşüb, amma 146 burxılışı var. Verilişimiz “Youtube”dan sırf şəhid mahnılarına görə silinir. Tarlı-kamanlı bircə ağlamalı mahnı var, onu qoya bilirik. Allah rəhmət eləsin, Vüqar Həsənzadə dünyasını dəyişib. Yəqin, sağ olsa, o da qoymayacaqdı ki, musiqini “Youtube”a yükləyək. Belə çıxır…  “Vətən uğrunda”, “Vətən sorğusu” filmlərim də var. Mən də müğənniləri efirə çağırıb oynayaram, tullanıb-düşərəm, pul da alaram. “Xoş gəldin” barədə on səkkiz deputat yazıb ki, belə layihə yoxdur, boş qalan kəndləri çəkirlər, bunu Amil Xəlil edir”, – o bildirib.
Seçilən
2
2
yenilik.az

3Mənbələr