AZ

ABŞ və Avropa İrana belə zərbə vura bilər Son dərəcə ciddi...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda son etiraz aksiyaları zamanı 500-dən çox nümayişçinin öldüyü bildirilir. Bu hadisələrə beynəlxalq təşkilatların necə reaksiya verəcəyi isə ictimaiyyətdə maraq doğurur.

Hazırda baş verənlərlə bağlı beynəlxalq təşkilatların, Qərb təsisatlarının reaksiyalarınə qənaətbəxş saymaq olarmı?

Bu kütləvi ölümlərdən istifadə edib, İrana qarşı yeni sanksiyalar tətbiq edilə bilərmi?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, etiraz aksiyalarında öldürülənlərin sayının az və ya çox olmasından asılı olmayaraq, beynəlxalq təşkilatlar və dünyanın aparıcı gücləri bu cür hallara etiraz edirlər:

“Beynəlxalq ictimaiyyət hakimiyyətlərin etirazçılara və nümayişçilərə qarşı zorakı üsullardan istifadə etməsini qəbul etmir və bunu beynəlxalq prinsiplərə zidd hesab edir. Bu baxımdan Qərb dövlətlərinin və ümumilikdə demokratik dünyanın məsələyə münasibəti hələ qənaətbəxş deyil. Düzdür, Avropa ölkələrində bir sıra etiraz aksiyaları başlayıb, hətta İran səfirliklərinə hücum kimi yolverilməz hadisələr də qeydə alınıb. Lakin bütün bunlar yetərli hesab olunmur.

Rusiya və Çin kimi İranın strateji tərəfdaşları da baş verən hadisələrə susqun yanaşırlar. Bu isə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisinin mövqesiz qalması baxımından qaneedici deyil. Münasibət bildirilməməsi xoşagələn hal deyil. Çünki vəziyyət sakitləşərsə, bu hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə oluna bilər”.

S.Soltan əlavə edib ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı gələcəkdə İranda etirazçılara qarşı hərbi gücdən istifadə edildiyinə görə Tehrana qarşı sanksiyalar tətbiq edə bilər:

“Tehran hakimiyyəti mümkün beynəlxalq təzyiqlərin qarşısını almaq məqsədilə 109 hakimiyyət nümayəndəsinin öldürüldüyünü açıqlayıb və bu səbəbdən üç günlük matəm elan edib. Bununla da qarşı tərəfin silahlı olduğunu göstərməyə çalışıb.

Gələcəkdə Tehran hakimiyyəti həm öldürülən nümayişçilərə, həm də hakimiyyət nümayəndələrinə görə məsuliyyət daşıya bilər. Sanksiyalar gözləniləndir və hətta onların daha da sərtləşdirilməsi də mümkündür. Ayrı-ayrı dövlətlər SEPAH-ın terror təşkilatları siyahısına salınması ilə bağlı qərarlar qəbul edə bilərlər.

Hazırda ABŞ, İsrail və Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyır. Həmçinin bir sıra Avropa ölkələrinin parlamentləri SEPAH-ı terror təşkilatı hesab edərək, öz hökumətlərindən bu istiqamətdə rəsmi qərar qəbul etməyi tələb ediblər. Bu isə İran üçün son dərəcə ciddi sanksiyalar anlamına gəlir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
globalinfo.az

1Mənbələr