AZ

Vens Trampı İran məsələsində diplomatiyaya üstünlük verməyə çağırıb

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Prezident Donald Trampı İrana qarşı hərbi zərbələr endirilməzdən əvvəl diplomatik yolları nəzərdən keçirməyə çağırıb.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ rəsmilərinə istinadən yazıb.

Məlumata görə, Ağ Ev rəhbəri Tehrana münasibətdə hələ yekun qərar verməyib, lakin hərbi zərbə variantına meylli olduğu bildirilir.

Nəşr qeyd edir ki, hazırda Ağ Ev İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılması təklifini də nəzərdən keçirir.

Seçilən
26
1
apa.az

2Mənbələr