AZ

Fransa yığmasının sabiq yarımmüdafiəçisi “Sabah”a nə vaxt dönəcək?

"Sabah"ın dayaq yarımmüdafiəçisi Zinedin Uld Xaled zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, fransalı artıq fərdi məşqlərə başlayıb.

O, qış fasiləsindən sonra komandaya kömək edə biləcək.

25 yaşlı legioner sentyabr ayında ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirmişdi.

Zinedin Uld Xaled mövsümün əvvəlindən "Sabah"da çıxış edir. Fransa U-19 millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Seçilən
26
sportinfo.az

1Mənbələr