ABŞ vətəndaşlarını İranı Ermənistan və ya Türkiyə vasitəsilə tərk etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, ABŞ hökuməti İrandakı vətəndaşlarına təcili müraciət ünvanlayıb.
Məlumata görə, rəsmi Vaşinqton vətəndaşlarını quru yolu ilə — Ermənistan və ya Türkiyə ərazisindən istifadə edərək İranı tərk etməyə çağırıb.
Xəbərdarlıqda qeyd olunur ki, ölkədə internetlə bağlı kəsintilər ola bilər, buna görə də alternativ əlaqə vasitələri planlaşdırılmalıdır. Əgər təhlükəsizlik imkan verirsə, ölkədən çıxmaq tövsiyə olunur.
Həmçinin bildirilir ki, həm ABŞ, həm də İran vətəndaşlığı (ikili vətəndaşlıq) olan şəxslər sərhədi keçərkən İran pasportlarından istifadə etməlidirlər.

Xuraman Etibarlı
İnterpress.az