"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, I Liqada çıxış edən klub 22 yaşlıOndo Uorren-Llyod ilə müqavilə imzalayıb.
Qabonlu forvard indiyədək Azərbaycanda “Zaqatala” ilə yanaşı, Moldovada “Dinamo-Avto” və Fransada “İstr”in da formasını geyinib.
“Difai” hazırda turnir cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıb.