AZ

Polşada əhaliyə Müharibəyə hazır olun! təlimatı...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Polşa Müdafiə Nazirliyi vətəndaşların poçt qutularına dörd milyon nüsxə "Təhlükəsizlik təlimatları" broşürü göndərib. Broşürlərdə müharibə və ya böhran vəziyyətləri üçün təlimatlar yer alıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik "Polsat" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, ölkədəki hər bir ev təsərrüfatını əhatə etmək üçün ümumilikdə 13 milyon belə broşürün çap edilməsi planlaşdırılır.

Broşürlərdə qida və su ehtiyatlarının yaradılması üzrə tövsiyələr, təxliyə planları, ən yaxın sığınacaqların xəritələri, həyəcan siqnalları cədvəlləri, habelə kiberhücumlar, təbii fəlakətlər və kritik infrastrukturun zədələnməsi hallarında davranış qaydaları ətraflı şəkildə izah edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
axar.az

2Mənbələr