AZ

Qərb ölkələrinin səfirləri İran XİN-ə çağırıldı

Qərb ölkələrinin İrandakı etirazlar barədə davranışları Tehran tərəfindən etirazla qarşılanıb. Metbuat.az xəbər verir ki, İtaliya, Fransa və Almaniyanın səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və onlara bununla bağlı xəbərdarlıq edilib. Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Məlumata görə, İran bu dövlətlərdən ölkənin daxili işlərinə qarışmağı dayandırmağı tələb edib.

Qeyd edək ki, Londonda etiraçılar İran səfirliyinə basqın edərək, binadakı İran bayrağını inqilabdan əvvəlki bayraqla əvəzləyib. Bununla bağlı Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İranın Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Seçilən
33
metbuat.az

1Mənbələr