AZ

Vaşinqton Tehranın təklifini nəzərdən keçirir – Hansı QƏRAR OLACAQ? 

The Wall Street Journal yazır ki, Ağ Ev İranın nüvə danışıqlarını bərpa etmək təklifini dəyərləndirir.

KONKRET.az xəbər verir ki bu, ABŞ prezidenti Donald Trampın yeni hərbi zərbələrə sanksiya verməyə meyilli olmasına baxmayaraq baş verir.

Məlumata görə, vitse-prezident Cey Di Vens və Trampın bir sıra yüksək vəzifəli köməkçiləri İranda kütləvi etirazların davam etdiyi bir vaxtda ilk olaraq diplomatik yolu sınaqdan keçirməyə çağırırlar.

Nəşr qeyd edir ki, Vaşinqtonda İranla bağlı qərar hələ yekunlaşmayıb və administrasiya həm diplomatik, həm də hərbi variantları paralel şəkildə nəzərdən keçirir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
45
1
konkret.az

2Mənbələr