AZ

Maduronun vəkilləri onun normal şəraitdə saxlanıldığını bildiriblər

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro həbsxanada normal şəraitdə saxlanılır və şikayət etməyib. O, "sona qədər möhkəm duracağını" qətiyyətlə bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə onun vəkilləri məlumat verib.

"Həbsxanaya gəldikdə, Prezident Maduro normal şəraitdə saxlanılır və şəraitdən şikayət etməb. O, sona qədər möhkəm durmaq niyyətində olduğunu bildirib və özünü müharibə əsiri bvə hələ də Venesuela Bolivar Respublikasının prezidenti olduğunu deyir", - deyə vəkil qeyd edib.

3 yanvarda ABŞ prezidenti Donald Tramp Karakasda hərbi əməliyyat elan edib və nəticədə Venesuela prezidenti Maduro və onun həyat yoldaşı həbs edilib. 5 yanvarda onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə çıxış ediblər. Onlar narkotik qaçaqmalçılığında ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. 6 yanvarda Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigez prezident səlahiyyətlərini icra etmək üçün and içib. Tramp da öz növbəsində ABŞ-ın Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcəyini bildirib. O, həmçinin Vaşinqtonun Amerika neft şirkətləri üçün Karakasdan kompensasiya alacağına əminliyini ifadə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
bizimyol.info

1Mənbələr