GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Almaniya kansleri Fridrix Merzin Rusiyanın razılığı olmadan Ukraynaya Avropa hərbi kontingentinin yerləşdirilməsinin mümkünsüzlüyü ilə bağlı səsləndirdiyi fikirlər tənqid olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor açıqlama verib.
MakQreqorun sözlərinə görə, Merzin bəyanatları real məzmun daşımır və daha çox ictimaiyyət üçün hazırlanmış siyasi çıxış təsiri bağışlayır. O bildirib ki, bu cür açıqlamalar Avropa ictimaiyyətini öz liderlərinin guya “mənəvi üstünlüyə” malik olduğuna inandırmaq məqsədi daşıyır.
“Bu, televiziya şousu üçündür. Avropalıları liderlərinin əxlaqi cəhətdən üstün olduğuna inandırmaq üçün edilir. Guya biz əxlaqlı insanlarıq və buna son qoymağa çalışırıq, razılaşmışıq və hər şeyə hazırıq”, – deyə MakQreqor vurğulayıb.
Onun fikrincə, Merzin açıqlamaları əlaqəsizdir, çünki Rusiyanın təhlükəsizlik maraqlarının legitimliyini nəzərə almır və döyüş meydanındakı real vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmır.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.