İranda ötən ilin sonunda başlayan etiraz aksiyaları zamanı 572 nəfərin həyatını itirdiyi bildirilir. Bu barədə İslam Respublikasında fəaliyyət göstərən insan hüquqları təşkilatı HRANA məlumat yayıb.
Təşkilatın məlumatına görə, ölənlərin 503-ü etirazçı, 69-u isə təhlükəsizlik qüvvələrinin nümayəndəsidir. Eyni zamanda, HRANA xatırladıb ki, faktiki ölü sayının daha yüksək ola biləcəyi istisna edilmir. Etirazlar zamanı 10,6 mindən çox insan saxlanılıb.
Qeyd edilir ki, etirazlar milli valyutanın çökməsi və yüksək inflyasiya səbəbindən ölkədə geniş vüsət alıb. Nümayişçilər əsasən ölkənin ali rəhbəri ayatollah Əli Xameneinin istefasını tələb edirlər.