AZ

Orban: Macarıstan xarici maraqlar naminə müharibələrdə iştirak etməyəcək

Bakı, 12 yanvar, AZƏRTAC

Macarıstan İkinci Dünya müharibəsinin dərslərini öyrənib və artıq başqalarının maraqları naminə döyüşməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban səsləndirib.

O xatırladıb ki, 1943-cü il yanvarın 12-də sovet qoşunları Yuxarı Don çayı istiqamətində genişmiqyaslı hücuma keçib və nəticədə 2-ci Macarıstan ordusu məğlubiyyətə uğrayıb. Ordunun tərkibində olan 200 min əsgərdən 148 mini öldürülüb, yaralanıb, itkin düşüb və ya əsir götürülüb. Onlar nasist Almaniyası tərəfində vuruşsalar da, Macarıstan hökuməti həmin əsgərlərin xatirəsinin qorunmasını vacib hesab edir.

Viktor Orbanın sözlərinə görə, onlar Macarıstanın başlamadığı və geri çəkilmək üçün kifayət qədər gücünün olmadığı bir müharibədə həlak olublar. Baş nazir “Facebook” səhifəsində yazıb: “Dərs çıxarılıb. Macarıstan bir daha heç vaxt xarici maraqlar uğrunda mübarizə aparmayacaq”.

O, həmçinin vurğulayıb ki, müasir Macarıstan buna “yox” demək üçün lazımi gücə və imkanlara malikdir.

Seçilən
84
3
azertag.az

4Mənbələr