AZ

Əraqçi: “İran hakimiyyəti ölkədəki etirazları tanıyıb, Pezeşkian etirazçılarla dialoqa girib”

“İran hakimiyyəti ölkədəki etiraz aksiyalarını tanıyıb və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb, Prezident Məsud Pezeşkian onlarla görüşüb".

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində bildirib.
 

Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.


Hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Nəticədə yüzlərlə nümayişçinin öldürüldüyü bildirilir.

Bizim.Media

Seçilən
64
13
bizim.media

10Mənbələr