AZ

Cəmi bir vasitə ilə döşəmələri silin: Ev lüks otel kimi qoxacaq

Evinizdəki döşəmələrin ilk günkü kimi parıldamasını istəyirsinizsə, bahalı kimyəvi vasitələrə pul xərcləmək məcburiyyətində deyilsiniz. Təmizlik mütəxəssisləri hər bir evdə tapılan sadə və təbii vasitələrlə mükəmməl nəticə əldə etməyin yollarını açıqlayıblar.

Milli.Az xəbər verir ki, döşəmənin növündən (laminat, kafel və ya linoleum) asılı olmayaraq, ən effektiv təmizləyicilərdən biri ağ sirkə və isti su qarışığıdır.

Bir vedrə isti suya yarım fincan ağ sirkə əlavə edin. Sirkə döşəmədəki yağ ləkələrini və yığılmış kiri asanlıqla parçalayır, eyni zamanda bakteriyaları məhv edir və iz qoymadan quruyur.

Mütəxəssislərdən 3 əsas tövsiyə:
Döşəməni çox islatmaqdan qaçın. Xüsusilə laminat döşəmələr üçün mikrofiber bezlərdən (mop) istifadə etmək daha təhlükəsizdir, çünki artıq su taxtanın şişməsinə səbəb ola bilər.

Yumaqdan əvvəl tozsoranlayın. Əgər döşəməni yumazdan əvvəl tozunu yaxşıca təmizləməsəniz, su ilə birləşən toz çirkli izlər buraxacaq və parıltını itirəcək.

Sirkənin kəskin qoxusundan xoşunuz gəlmirsə, qarışığa bir neçə damcı efir yağı (məsələn, limon və ya lavanda yağı) əlavə edərək evinizə xoş ətir bəxş edə bilərsiniz.

Mətbəx və vanna otağındakı kafel aralarında yığılan qaralmaları təmizləmək üçün soda və su ilə hazırlanmış məcun ən yaxşı vasitədir. Bu məcunu köhnə diş fırçası ilə kafel aralarına çəkib 10 dəqiqə gözlədikdən sonra silmək kifayətdir.

Sirkə turşulu olduğu üçün mərmər və təbii daş döşəmələrdə istifadə edilməməlidir, çünki bu səthlərə zərər verə bilər.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
61
1
milli.az

10Mənbələr