AZ

Pəhləvidən Trampa daha bir ÇAĞIRIŞ KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın vəliəhdi Rza Pəhləvi ABŞ prezidenti Donald Trampı qəti addımlar atmağa çağırıb.

KONKRET.az xəbər verir ki, Pəhləvi ABŞ prezidentinin ən yaxın müttəfiqlərindən biri, respublikaçı senator Lindsi Qrehemin paylaşımına istinad edib.

Həmin paylaşımda qeyd olunurdu ki, “Prezident Tramp İran xalqının tərəfində açıq şəkildə mövqe tutan ilk prezident oldu. Bu, tarixə həlledici dönüş nöqtəsi kimi düşəcək”.

Rza Pəhləvi Trampı “hərəkət və sülh adamı” adlandıraraq bildirib ki, hazırda o, indiyədək görünməmiş ən böyük sülhə yol aça biləcək bir addım ata bilər: iranlılara bu cinayətkar rejimdən nəhayət qurtulmaqda kömək etmək.

Onun sözlərinə görə, rejim zəifdir və son gücü ilə ayaqda durur, xalq isə onu devirməyə hazırdır:“İranlılara yerdə qoşunlar lazım deyil. Onların ehtiyacı olan tək şey azad dünyanın liderinin qətiyyətli addımlarıdır. Hələ də Amerikaya və şəxsən prezidentə təhlükə yaradan bu cinayətkar rejimlə danışıqlar sülh gətirməyəcək. Lakin cəsur etirazçılara dərhal veriləcək dəstək minlərlə insanın həyatını xilas edəcək və regiona dayanıqlı sülh gətirəcək. Məhz bu, prezident Trampın tarixi irsi olacaq.”

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
2
konkret.az

3Mənbələr