AZ

İranda hökumətyönlü yürüşlər başlayıb – İran mediası

İranın dövlət mediası dekabrın sonlarından bəri ölkəni bürüyən etirazlara cavab olaraq başlayan hökumətyönlü yürüşləri yayımlamağa başlayıb.

Prezident Məsud Pezeşkyanın bazar günü vətəndaşlara xaricdən gələn siyasi qeyri-sabitlik təhdidlərinə cavab verməyə çağıran müraciətindən sonra hökumətyönlü nümayişçilər İran əyalətlərinin küçələrinə axışıblar. Kadrlarda bayraqlar, Ruhullah Xomeyni və Əli Xameneinin portretləri, eləcə də İran hökumətinin iğtişaşları təşkil etməkdə günahlandırdığı Amerika və İsrail tərəflərinə qarşı şüarlar yazılmış bannerlər görünür. İranın xarici işlər naziri Abbas Əraqçi öz növbəsində xarici səfirlərlə görüşdə etirazların nəzarət altına alındığını elan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
58
editor.az

1Mənbələr