AZ

Yığmamızın üzvü “Neftçi”dən getmək istəyir

Yarımmüdafiəçi Elvin Camalov “Neftçi”dən ayrılmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, 30 yaşlı futbolçu baş məşqçi Yuri Vernidubun planlarına daxil deyil.
 

“Zirə” və “Qəbələ” Elvinin xidmətində maraqlıdır. Yarımmüdafiəçi karyerası ərzində daha əvvəl hər iki klubda çıxış edib.


2025-ci ilin yanvarında “Zirə”dən “Neftçi”yə keçən Elvin bu mövsüm cəmi 6 oyunda şans qazanıb.

Yarımmüdafiəçi Azərbaycan yığmasının da üzvüdür. O, millidə 21 oyuna çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
72
1
bizim.media

4Mənbələr