AZ

Ermənistan Solovyova görə Rusiyaya nota verdi, Rubinyan isə Solovyovu “it” adlandırdı…



Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ermənistan mediası XİN-ə istinadən yazır ki, səfirə dövlət televiziya şirkətinin bir hissəsi olan bir proqramın efirində verilən açıqlamalara görə, dərin qəzəb ifadə edən etiraz məktubu təqdim edilib.

"Vurğulanıb ki, bunlar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz qəsd və düşmənçilik təzahürüdür və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərini kobud şəkildə pozur", - Ermənistan XİN mətbuat katibi bildirib.

Burada söhbət rusiyalı jurnalist Vladimir Solovyov açıqlamasından gedir. Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib.

Ermənistan vitse-spikeri Ruben Rubinyan isə “Facebook” üzərindən Solovyovun açıqlamalarına sərt təpki verib və onu “it” adlandırıb: “İt hürür, karvan gedir”.

Rubinyan vurğulayıb ki, burada “it” deyərkən Solovyovu nəzərdə tutur və onu “rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni” kimi xarakterizə edib. Rubinyanın sözlərinə görə, “karvan” isə “sülh və inkişaf yolunda əmin addımlarla irəliləyən Ermənistan”dır.

TAHİR

Seçilən
82
baki-xeber.com

1Mənbələr