Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ötən il Qazaxıstanda qeydə alınmış 1135 cinayət işi üzrə istintaq başa çatdırılıb və zərərçəkənlərə 141,5 milyard tenge ödənilib. 128 milyard tengedən çox pulu nağd pula dəyişdirməklə məşğul olan 15 cinayətkar qrup və 29 platforma zərərsizləşdirilib.Narkotik qaçaqmalçılığından və saxtakarlıq yolu ilə pul yuyan 22 yeraltı kriptovalyuta mübadiləsi bloklanıb. Narkotik gəlirlərinin leqallaşdırılmasında iştirak edən 1,1 mindən çox qanunsuz onlayn kriptovalyuta mübadiləsi xidməti və 20 mindən çox drop kart bağlanıb.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı Maliyyə Monitorinqi Agentliyinin sədri Janat Elimanov prezident Kasım-Jomart Tokayevə hesabat verərkən bildirib.Bildirilib ki, bundan əlavə, agentliyin əməkdaşları yanacaq çatışmazlığının qarşısını almaqla 102 min ton benzinin xaricə qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdini aşkar ediblər.Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.