AZ

Peyğəmbəri təhqir edən müəllim həbs edildi

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Özbəkistanın Səmərqənd vilayətində müəllim dini ədavəti təbliğ edən materialların yayılması maddəsi ilə 12 sutkalıq həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Gazeta” məhkəmə qərarına istinadla xəbər verir.

21 yaşlı müəllimə qarşı iş açılmasına onun ötən il dekabrın 30-da Telegram kanalında Məhəmməd peyğəmbər haqqında yazdığı şərh səbəb olub. Yanvarın 7-də sosial şəbəkələrdə şərhin skrinşotları yayılıb, “Şoxruxbek” istifadəçisinin “peyğəmbəri təhqir etməsinə görə” məsuliyyətə cəlb olunmasına çağırış səslənib.

Yanvarın 9-da daxili işlər orqanlarının əməkdaşları müəllimin telefonuna giriş əldə edərək şərhi onun yazdığını müəyyən ediblər. Həmin gün məhkəmə keçirildiyi və müəllimin təqsirini etiraf etdiyi bildirilir.

Məhkəmə onun telefonunun məhv edilməsi və “hüquq pozuntusunun davam etməsini önləmək” məqsədilə öz hesabından istifadənin məhdudlaşdırılması barədə qərar çıxarıb. Üstəlik, onu həbsdə saxlanılmasına görə 741.6 min sum (61 dollar) ödəniş etməyə məcbur ediblər.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
icma.az

1Mənbələr