Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında İrandakı mövcud vəziyyət və gərginliyin azaldılması yolları müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
İddiaya görə, tərəflər arasında dialoq ötən həftəsonu baş tutub. A. Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı güc tətbiq etmək təhdidləri fonunda amerikalı elçi ilə yaxın günlərdə rəsmi görüşün keçirilməsi imkanlarını müzakirə edib.
Xatırladaq ki, dekabrın 28-dən etibarən İranda milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən kütləvi etiraz aksiyaları başlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.