İranın xarici işlər naziri Abbas Əraqçi həftəsonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıb
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb.
Onlar İranda davam edən etiraz və iğtişaşları müzakirə ediblər. Əraqçi və Uitkoff yaxın günlərdə görüş keçirmək imkanını da nəzərdən keçiriblər.
Nəşr qeyd edir ki, nüvə danışıqlarının dalana dirənməsinə baxmayaraq, bu, Vaşinqton və Tehran arasında birbaşa əlaqə kanalının hələ də açıq olduğunu göstərən ilk işarədir.