AZ

Mağazadakından 3 dəfə UCUZ: Öz əli ilə 32 GB-lıq RAM yığdı – FOTOLAR

Rusiyalı gənc mağazadan 3 dəfə ucuz başa gələn operativ yaddaş yığıb.

İnterpress.az xəbər verir ki, Rusiyada texnologiya həvəskarı kompüter hissələrini birləşdirərək təəccüblü nəticə əldə edib.

Məlumata görə, həmin şəxs iki ədəd noutbuk üçün nəzərdə tutulan 16 GB-lıq (SO-DIMM) modulu birləşdirərək, kompüter üçün tam işlək 32 GB-lıq DDR5 operativ yaddaş (RAM) hazırlayıb.

Bu qurğunun yığılması ona cəmi 17 015 rubla başa gəlib ki, bu da mağazalardakı analoji məhsullardan təxminən üç dəfə ucuzdur.

O, yaddaşa “ADATA” proqram təminatını yazaraq 800 dollarlıq bahalı modulun imkanlarından (XMP profilindən) istifadə edib.

Ən vacib məqam isə odur ki, əldəqayırma modul oyunlarda tam stabil işləyir və heç bir problem yaratmır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr