AZ

Zülfiyyə Nuriyeva: Sosial rifah və məşğulluq proqramları əhalinin dayanıqlı inkişafını gücləndirir

Ölkə başçısının yerli mətbuata verdiyi son müsahibəsində bildirdiyi kimi əhalinin sosial rifahının yaxşılaşdırılması,xüsusilə azad olmuş ərazilərə keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi ilə yanaşı sakinlərin məşğulluq və özünəməşğulluq proqramlarında aktiv iştirakının təmin edilməsi davam etdirilir.

QHT.az xəbər verir ki, bu sözləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin  sədri Zülfiyyə Nuriyeva bildirib. Onun sözlərinə görə, ölkəmizdə həm sosial ödənişlərin artırılması davam edir, həm də əhalinin rifahının dayanıqlılığını gücləndirməyə yönəlmiş kompleks mməşğulluq tədbirləri getdikcə genişlənir.Sosial müdafiə mexanizmlərinin gücləndirilməsi ilə yanaşı,məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi,o cümlədən özünəməşğulluğun dəstəklənməsi təmin edilir:

"Ölkə başçısının imzaladığı vətəndaşyönümlü fərmanlara əsasən davamlı həyata keçirilən ümumilikdə 5 sosial islahat paketlətinin məqsədi və atılan addımlar sosial rifahın təminatına xidmət edir".

Seçilən
47
qht.az

1Mənbələr