Paytaxtın Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rayonun A. M. Şərifzadə küçəsindəki mənzillərin birinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oraya daxil olub, ev sahibinin 147 manatını talayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı M. Əzimov müəyyən edilərək saxlanılıb.
Rayon sakini polisə müraciət edərək ona məxsus “Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusunun və monitorun oğurlandığını bildirib.