Qol.az saytına istinadən ain.az xəbər verir.
"Komanda olaraq sonuncu pillədən qurtulacağıq" - "Karvan-Yevlax"ın kapitanı
"Karvan-Yevlax" komanda olaraq sonuncu pillədən qurtulmağı hədəfləyir.
QOL.az xəbər verir ki, bunu Yevlax təmsilçisinin kapitanı Araz Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının qış hazırlığı barədə danışıb:
"Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırıq. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir. Baş məşqçimiz Füzuli Məmmədovun məşqlərdə verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq. Düşünürəmki "Sabah"la çempionat oyununa qədər tam hazır olacağıq. Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib, yuxarı sıraya yüksəlməkdir. Düşünürəm ki, bunu biz komanda olaraq bacaracağıq".
Qeyd edək ki, "Karvan-Yevlax" yoxlama oyununda, yanvarın 17-də Yevlaxda "Kəpəz"lə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.