AZ

“Macarıstanın Ukraynanı maliyyələşdirmək niyyəti yoxdur” XİN başçısı

525.az saytına istinadən ain.az xəbər verir.

“ABŞ Ukraynaya vəsait ayırmayacaq, ona görə də Avropa İttifaqı 10 il ərzində 800 milyard dollarlıq tələbi yerinə yetirməli olacaq”.

525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O, ölkəsinin heç bir halda Kiyev hökumətini maliyyələşdirmək niyyətində olmadığını söyləyib.

“Prezident Donald Tramp Amerikanın onun üçün birinci yerdə olduğunu və seçicilərin pullarının boş yerə sərf olunmayacağını bildirib. Buna görə də Brüsselin hərbi siyasətinə əsaslanaraq 800 milyard dolları Ukraynaya vermək istədiyi aydındır. Macarıstanda mövcud hökumət hakimiyyətdə olduğu müddətcə macar xalqının pulları Ukraynaya göndərilməyəcək", - XİN başçısı deyib.

Onun sözlərinə görə, əks halda ölkə vergiləri, kommunal xidmət tariflərini artırmalı və bir sıra vacib sosial proqramları ləğv etməli olacaq.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr