AZ

Bakıda məşhur restoranlar şəbəkəsi BAĞLANDI KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda fəaliyyət göstərən “Pak Dad” restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.

KONKRET.az bildirir ki, “yeni sabah”ın əldə etdiyi xəbərə görə, iaşə obyektinin Koroğu Rəhimov (Abu Arena), Sarayevo (“Əhmədli” metrostansiyası), M.Qardaşları (“Torqovı”), A.M Şərifzadə küçələri, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.

Restoranların daxil olduğu “Pakdad 2008” MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil.

MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.

Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, (“Hacıqabul Quşçuluq” MMC və “Coffee Service” MMC) özünü ləğv etdiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
8
konkret.az

9Mənbələr