AZ

Donald Tramp:”Qəzza Sülh Şurası formalaşdırılır”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza üzrə Sülh Şurası hazırda formalaşma mərhələsindədir. Tramp komitəyə “dünyanın ən vacib dövlətləri”nin liderlərinin də daxil olacağını qeyd edib.

Jurnalistlərə açıqlama verən Donald Tramp bildirib ki, Sülh Şurası formalaşma mərhələsindədir və əsasən dünyanın aparıcı dövlətlərinin liderlərindən ibarət olacaq.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, təşəbbüsə beynəlxalq maraq böyükdür və hər kəs bu prosesdə iştirak etmək istəyir.

Trampın sədrlik edəcəyi və təxminən 15 dünya liderinin daxil olacağı gözlənilən Sülh Şurası daha sonra yaradılacaq Fələstin texnokrat hökumətinə nəzarət edəcək və Qəzzada yenidənqurma prosesini izləyəcək.

Şuraya qoşulması gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə var. Bildirilir ki, BMT-nin keçmiş Yaxın Şərq üzrə xüsusi elçisi Nikolay Mladenov Sülh Komitəsinə yerli nümayəndə kimi qoşula bilər.

Komitənin bu həftə elan ediləcəyi ilə bağlı xəbərlərə baxmayaraq, Tramp konkret vaxt açıqlamayıb. Tramp administrasiyası ötən ay Sülh Komitəsinin yaradılacağını açıqlayıb, lakin elan bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabr ayından bəri Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 71 mindən çox fələstinlini öldürüb və 170 mindən çox insanı yaralayıb.

Seçilən
13
veteninfo.az

1Mənbələr