Türkiyənin “Beşiktaş” klubundan ayrılan braziliyalı futbolçu Qabriel Paulista karyerasını vətənində davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi Braziliyanın “Korintians” klubu ilə anlaşıb. Tərəflər arasında imzalanan müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Qabriel Paulista 2024-cü ildən etibarən “Beşiktaş”ın formasını geyinirdi.