AZ

Qalstyan siyasi repressiyalarla bağlı ATƏT ə hesabatlar göndərib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Deputat Ermənistandakı son siyasi hadisələri əhatə edən iki hesabat və bir bəyanat əlavə edib

Ermənistan Parlamentinin müxalif “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyan ATƏT PA-ya Ermənistanda demokratiyanın vəziyyəti və siyasi təqiblər barədə hesabatlarla birlikdə məktublar göndərib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, müraciətlər ATƏT PA-nın vitse-prezidenti və regional məruzəçisi Luis Qrasa, eləcə də ATƏT PA-nın İnsan Hüquqları üzrə məruzəçisi Karina Odebrinkə ünvanlanıb.

Qalstyan məktublara ölkədəki son siyasi hadisələri əhatə edən iki hesabat və bir bəyanat əlavə edib.

Xüsusilə, o 2025-ci ilin may və sentyabr ayları arasında siyasi təqiblərin dörd əsas epizodunu təhlil edən Erməni Siyasi Hüquqlar Mərkəzinin (ACPR) hesabatını təqdim edib: iş adamı Samvel Karapetyana qarşı kampaniya və onun həbsi, müxalifət hərəkatı "Müqəddəs Mübarizə" üzvlərinin saxlanılması, arxiyepiskop Mikael Ajapaxyanın həbsi və Erməni İnqilab Federasiyası (ARF) partiyası üzvlərinin həbsi.

Sənəddə həmçinin Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə, eləcə də siyasətçilərə, blogerlərə və insan haqları fəallarına qarşı başlatdığı genişmiqyaslı kampaniya vurğulanıb.

Qalstyan həmçinin “CivilNet” və Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin "Ermənistan: Demokratiya Monitorinqi" adlı birgə hesabatını təqdim edib. Hesabatda hökumətin geniş pozuntuları, eləcə də QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistandakı repressiyalarla bağlı bəyanatı yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr