AZ

Deputatın qohumu bu gün tələbənin öldüyü təhsil mərkəzinə direktor təyin olundu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.

Oxu.Az Moderator.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elmir Cəfərov gətirilib.

Yeni direktor daha öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, E.Cəfərov deputat Müşfiq Cəfərovun əmisi oğludur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
3
oxu.az

4Mənbələr