AZ

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlunun rəhbərliyi altında TAVİ əməliyyatı, EVAR əməliyyatı, döş qəfəsində olan anevrizmalar və yırtıqların ayaq damarından girilərək bağlanması prosedurları, Perkutan Transluminal Koronar Angioplastika proseduru, stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, koronar angioqrafiya, aortaqrafiya, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya kimi müasir müayinə və müalicə üsulları, eləcə də EKQ, holter monitorinqi, stress test, exokardioqrafiya, transezofagial exoqrafiya, stress exokardioqrafiya, müvəqqəti süni ritm aparıcısının tətbiqi, intaortik balon pompasının tətbiqi, ürək boşluqlarının kateterizasiyası kimi müasir müayinə və müalicə üsulları uğurla həyata keçirilir.

Şöbənin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu, kardioloqlar – Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Şəhla Ağayeva, Samir Mustafayev, Emin Hacıbalayev, Emin Allahverdiyev, Günay Məmmədova, Ləman Eyvazlı, Sevinc Məmmədova, Günay Hətəmova və Nərgiz Ələkbərova tərəfindən müasir diaqnostik imkanlar və qabaqcıl invaziv müdaxilə üsullarından istifadə etməklə xəstələrin ürək-damar xəstəliklərinin erkən aşkarlanması, effektiv müalicəsi və ağırlaşmaların qarşısının alınması təmin olunur. Şöbədə müalicə prosesi beynəlxalq klinik protokollara uyğun təşkil edilir, multidissiplinar yanaşma tətbiq olunur və xəstələrərin sağlamlığının bərpası ilə yanaşı həyat keyfiyyətinin yüksəldilməsi əsas prioritet kimi müəyyən edilir.

2023-cü ilin sentyabrından etibarən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində Transkateter Aorta Qapağı implantasiyası (TAVİ) əməliyyatı uğurla icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son uğurlarından biridir. TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik açılmadan həyata keçirilir. Azərbaycanda ilk dəfə 2023-cü ilin noyabrında qoltuqaltı və korpusaltı damarlardan daxil olaraq ürəyin aorta klapanının dəyişdirilməsi əməliyyatı Mərkəzi Gömrük Hospitalında icra olunub.

Mərkəzi Gömrük Hospitalında EKQ, holter monitorinqi, fiziki yük sınagı (stress test), exokardioqrafiya, transezofagial exo (TEE), stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası, kardioversiya, müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi, intaortik balon pompası tətbiqi, koronar angioqrafiya, PTKA (Perkutan trans luminal angioplastika), yüksək riskli PTKA və stent tətbiqi, xroniki total okkluziyalarda PTKA və stend, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, koronar angioqrafiya + byrass kontrolu, periferik angioqrafiya, renal angioqrafiya və aortaqrafiya kardioloji müayinələri aparılır.

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Seçilən
60
1
azertag.az

2Mənbələr