AZ

Baş nazirin müavini: “Xudafərin” və “Qız Qalası” su anbarlarının ehtiyatlarından istifadə tədbirləri davam etdirilir

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Aznews.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

“Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcəkdir”, - o deyib.

Seçilən
50
5
aznews.az

10Mənbələr