AZ

Mediasiya Şurasının İdarə Heyətinin sədrinə yubiley medalı təqdim edilib



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Qanunla təsis edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili (Ombudsman) Səbinə Əliyevanın imzaladığı müvafiq əmrlə Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova təqdim edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Nadir Adilov sosial şəbəkə hesabında məlumat paylaşıb. Mediasiya Şurasının sədri təltifə görə Ombudsmana təşəkkür edib:

"Dəyərli müvəkkilimiz Səbinə xanım Əliyevaya bu etimadına görə dərin təşəkkür edir və Mediasiya Şurası adından minnətdarlığımızı bildiririk".

Süleyman
Seçilən
47
3
newscenter.az

4Mənbələr