AZ

Agentlik sədri: Ötən ilin aprelində son 60 ildə yağmayan bir yağış yağıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"İntensiv yağışlar zamanı şəhərin mərkəzində yaranan problemlərimizdir ki, biz bunları hər dəfə yağışlar yağanda yaşayırıq".

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

O bildirib ki, bununla əlaqədar qeyd etdiyimiz Bakı şəhərində 30 küçə üzrə yeni yağış sistemlərinin tikilməsi, ilk növbədə, onların texniki-iqtisadi əsaslandırılması və ondan sonra onların həyata keçirilməsi nəzərdə tutulub:

"Cənab Prezident, təbii ki, 2025-ci ilin aprel ayında yağan yağışlardan Sizin də çox yaxşı məlumatınız var, son 60 ildə yağmayan bir yağış yağıb. Yəni 100 ildə bir, 1000 ildə bir yağa biləcək yağışları hər hansı bir sistemin qarşılaya biləcək səviyyədə olması imkansızdır. Amma ən azından, normalara uyğun və normalardan bir az da artıq gələn yağışları qarşılaya bilmək üçün bu sistemlərin həyata keçirilməsi çox vacibdir və bu küçələrin siyahısı var. Amma bu, təbii ki, proses getdikcə təkmilləşdiriləcək, daha düzgün, daha uyğun olan küçələrdə bu sistemlərin tikilməsi nəzərdə tutulur. Bu şəkildə bizim şəhərin mərkəzində olan əsas problemlərin aradan qalxması planlaşdırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
oxu.az

1Mənbələr