AZ

Filippində torpaq sürüşməsi 8 ölü

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Filippinin Sebu şəhərində tullantıların idarə edilməsi və çeşidlənməsi müəssisəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 8-ə yüksəldiyi bildirilib.

"Cebheinfo.az" Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlilər 8 yanvar tarixində Sebu şəhərinin Binaliv bölgəsində yerləşən tullantı müəssisəsində baş verən hadisə ilə bağlı açıqlama veriblər.

Açıqlamada həlak olanların sayının 8-ə çatdığı, 12 nəfərin yaralandığı, 28 nəfərin isə itkin düşdüyü qeyd olunub.

Rəsmilər güclü yağışların, eləcə də 2025-ci ilin sentyabrında baş verən zəlzələdən sonra müşahidə olunan tayfunların müəssisədəki çökməni tətikləyən amillər arasında ola biləcəyini bildirib.

Digər tərəfdən, Filippin Hərbi Dəniz Qüvvələrinin açıqlamasında Visayas bölgəsinə cavabdeh olan Mərkəzi Dəniz Qüvvələri Komandanlığının əraziyə axtarış-xilasetmə və təxliyə qrupu göndərdiyi bildirilib.

Vurğulanıb ki, davam edən axtarış-xilasetmə işlərinə dəstək məqsədilə göndərilən qrup texniki xilasetmə avadanlıqları və fərdi qoruyucu sistemlərlə təchiz olunmuş, xüsusi təlim keçmiş dənizçilərdən ibarətdir.

Qrupun yanğınsöndürmə xidməti və polis başda olmaqla digər qurumlarla koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi qeyd edilib.

Həmçinin mümkün ikinci dərəcəli risklərə qarşı ərazidə torpaq şəraitinin davamlı nəzarətdə saxlanıldığı və zərurət yarandığı halda əməliyyat planlarında dəyişiklik ediləcəyi bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr