Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilənBeynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 16-cıAssambleyası çərçivəsində Assambleyanın 17-ci sessiyasınınprezidenti və dörd vitse-prezidentliyinə dair namizəd ölkələrtəqdim edilib.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Coğrafi təmsilçilik və rotasiya qaydasına uyğun olaraq,Assambleyanın 17-ci sessiyasına sədrlik üçün Asiya və Sakit Okeanregional qrupu üzrə Koreya Respublikasının namizədliyi təsdiqlənib.Assambleyanın vitse-prezidentləri isə digər dörd regional qrupunhər birindən üzv olmaqla formalaşdırılır. Vitse-prezidentlərvəzifəsinə Avropa və digərləri regional qrupundan Azərbaycanın,Afrika regional qrupundan Komor adalarının, Asiya və Sakit Okeanregional qrupundan Tonqa Krallığının, Latın Amerikası və Karibdənizi regional qrupundan Qrenadanın namizədliyi təqdim edilib.
Qeyd edək ki, Assambleyanın on yeddinci sessiyası 2027-ci ildəkeçiriləcək.