AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali-SəviyyəliToplantısı BMT-nin Cenevrə ofisi ilə birgə tərəfdaşlıqçərçivəsində, 15-16 yanvar 2026-cı il tarixlərində İsveçrəninCenevrə şəhərində baş tutacaq.

Trend xəbərverir ki, toplantı “Parçalanma və transformasiya dövründəmultilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsrolunacaq.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli beynəlxalq iştirakçı- sabiq dövlət və hökumət başçıları,BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələrivə tanınmış ekspertlər iştirak edəcək.

O cümlədən, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (WHO),BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), ÜmumdünyaTicarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının(UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) vəBMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəlirəhbərləri və nümayəndələri iştirak edəcək.

Sonda qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-ninCenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılarçoxtərəfli əməkdaşlığın təşviqi və qlobal gündəlikdə duran əsasməsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platforma kimi çıxışedir.

Seçilən
11
1
az.trend.az

2Mənbələr