AZ

“İran hakimiyyəti ciddi islahatlara getməlidir” Politoloq

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Hər bir ölkədə kütləvi etirazların siyasi və iqtisadi səbəbləri olur. Sirr deyil ki, İranda sosial, etnik mənsubiyyətindən asılı olmayaraq bir çoxları teokratik sistemin  dünyəvi sistem ilə əvəz edilməsini istəyir. Bu, birmənalıdır”.

Bu barədə 525.az-a politoloq Zaur Məmmədov İrandakı etiraz aksiyalarını şərh edərkən bildirib.

“Lakin o da məlumdur ki, ölkədə demokratik ənənənin olmaması, Yaxın Şərqdə demokratiyanın hansı bəlalar gətirməsi də hər kəsin gözləri qarşısında baş verir. Görünən odur ki, İran hakimiyyəti ciddi islahatlara getməlidir, əks təqdirdə dəyişiklik tez və ya bir qədər gec, amma baş tutacaq”, - politoloq söyləyib.

O əlavə edib ki, İranda məsələləri xarici qüvvələrlə bağlayırlar: “Sirr deyil ki, dünyadakı əksər inqilabların arxasında xarici qüvvələr dayanır. Bu elə indiki hakimiyyətə də aiddir. Lakin xaricdəki mərkəzlərin qiyam və inqilab etməsi o zaman asan olur ki, daxildə ciddi problemlər var. Hər halda bir məsələni birmənalı qeyd etmək olar kı, Yaxın Şərqin xəritəsi dəyişəcək. İraq, Misir, Suriya, İran və Türkiyədə baş verənlər böyük əhəmiyyət kəsb edir. Bütün baş verənlər yalnız regional hadisə deyil, qlobal güc balansının tərkib hissəsidir. Bu proseslər ən azı 3 ölkə və ətraf bölgələrin  təhlükəsizlik sisteminin yenidən formalaşmasında ciddi rol oynaya bilər”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
525.az

1Mənbələr